UEFA Avro 1980

UEFA Avro 1980
42°29′55″ şm. e. 12°30′04″ ş. u.
Yarış məlumatları
Ev sahibi  İtaliya
Tarix 11-22 iyun 1980
Başlama tarixi 11 iyun 1980
Bitmə tarixi 22 iyun 1980
Komanda sayı 8
Stadion sayı (4 ev sahibi şəhərdə)
Yekun nəticəsi
Çempion  Almaniya
İkinci  Belçika
Üçüncü yer  Çexoslovakiya
Dördüncü yer  İtaliya
Yarış statistikası
Oyun sayı 14
Qol sayı 27 (matç başına: 1.93)
Tamaşaçı sayı 345463 matç başına: 24676
Mükafat sahibləri
Bombardir(lər) Almaniya Klaus Allofs (3 qol)
1976
1984
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Futbol üzrə 6-cı Avropa çempionatı — 1980-ci il 11–22 iyun tarixində İtaliyada keçirilən futbol yarışı. Əvvəlki Avropa çempionatlarından fərqli olaraq bu çempionatın final mərhələsində ilk dəfə 8 komanda iştirak etmişdir: seçmə mərhələnin 7 qalibi və turnirin ev sahibi olaraq İtaliya milli futbol komandası (ev sahibi komandaya bu imtiyaz da turnir tarixində ilk dəfə idi verilirdi). Çempionatın keçirilmə sxemi də dəyişmişdir: 8 komanda 2 yarımqrupa bölünmüşdür. Bu yarımqrupların qalibləri birbaşa finala vəsiqə qazanmışlar. İkinci yeri tutan komandalar isə üçüncü yer uğrunda keçirilən oyunda bürünc medalların taleyini müəyyənləşdirmişlər.

Ümumilikdə turnir çox da maraqlı keçməmiş, əsasən komandaların çoxunun ehtiyatlı oyun oynaması, aşağı məhsuldarlıq (oyun başına 1,93 qol), azarkeşlərin oyunlara marağının aşağı səviyyəsi, eləcə də ingilis azarkeşlərin tribunalarda səbəb olduqları qarışıqlıqlar ilə yadda qalmışdır.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search